VİRUS VAR: Səudiyyə Ərəbistanı Rusiyadan


Dünya 17 Avq 2018 15:56:00 203 0

VİRUS VAR: Səudiyyə Ərəbistanı Rusiyadan

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını müvəqqəti olaraq dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərara Rusiyanı bəzi vilayətlərdində H5 quş qripi virusunun aşkar edilməsi səbəb olub.

Qeyd olunur ki, bu qərar Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının hesabatına əsasən verilib. Təşkilatın hesabatında qeyd olunub ki, Rusiyanın Rostov, Kostroma, Penza vilayətlərində quş qripi aşkar edilib.