İRAN MƏTBUATININ “QARA GÜN”Ü:


Digərləri 17 Avq 2018 15:48:00 325 0

İRAN MƏTBUATININ “QARA GÜN”Ü:

İranda bəzi qəzetlərinn gələcəyi müəmmalıdır, çünki onlar kağız sifariş edə bilmir və bu, qismən ABŞ sanksiyalarından yaranan yeni fenomendir.

Kağız idxalı ötən ildən, xüsusilə ABŞ-ın may ayında nüvə sazişindən çıxmasından sonra getdikcə daha çox bahalaşır. Bir sıra qəzet tirajını və dövriyyəsini azaltmaq və ya qapanmaq məcburiyyətində qalıb. Problemə rialın dəyərsizləşməsi də təsir göstərir. Kağız və Karton İstehsalçıları Sindikatı İranın "Financial Tribune" nəşrinə verdiyi şərhdə valyuta məzənnəsinin dəyişkənliyinə görə son bir ildə nəşriyyat xərclərinin ikiqat artdığını bildirib.

İslahatyönlü "Həmbəstegi" qəzeti iyulun 17-də bağlanıb. Həmin problemi yaşayan "Kar və Kargər" də iyulun 25-də nəşrini dayandırıb. Eyni zamanda, Tehran bələdiyyəsinə aid olan yüksək tirajlı "Həmşəhri" qəzeti və islahatyönlü "Sazəndegi" 8 səhifəsini "qayçılayıb". "Həft-e Sobh" qəzeti 20 min riala (48 sent), ikiqat qiymətə satılmaq məcburiyyətində qalıb. Buna əlavə olaraq, İranın ən qocaman qəzetlərindən biri olan "Ettelaat", 50 yaşlı idman jurnalını - "Donya-ye vərzeş"in nəşrini dayandırıb.

Kütləvi informasiya vasitələri hər vasitə ilə kağız çatışmazlığını aradan qaldırmağa çalışır. "Sazəndegi" daha əlçatan, həm də daha bahalı - parlaq kağız üzərində dərc olunmaqla, çətinlik çəkməyi seçib. Bununla yanaşı, "Şərq" də daxil olmaqla, bir sıra qəzet İran mətbuatında yeni bir fenomenə - internet nəşrlərə çevrilməklə əlavə xərcləri kompensasiya etməyə çalışır.

"Bazarda iki gündür kağız tapmırıq, kağızı olanlar onu gizlədirlər. Hətta idxal üçün "dövlət dollarları" (1 $ = 42 min tümən kursu ilə) alanlar kağız satmırlar", - "Kar və Kargər"in icraçı direktoru İsrafil İbadəti iyulun 25-də bildirib.

Qiymətləri yüksəltmək, səhifələr azaltmaq və ya nəşrlərin dayandırılması əvəzinə, bəzi müstəqil qəzetlər istəksiz olsa da, onların dövriyyəsini azaldır. Anonimlik şərti ilə danışan bir yayım şirkətinin meneceri son zamanlardakı böhrana görə əvvəlki və indiki tirajları "əl-Monitor"a verib:

"Həmşəhri, 290.000 - 130.000

"Xorasan", 120,000 - 48.700

"Şərq" 18.000 - 8.000

"Etemad" və "Arman", hər biri 12.000-6.000

"Aftab-e Yəzd", 10.000-6.000