Lukaku milli karyerasını erkən bitirəcək


İdman 17 Avq 2018 15:21:00 256 0

Lukaku milli karyerasını erkən bitirəcək

"Manchester United"in futbolçusu Romelu Lukaku Avro-2020-dən sonra Belçika millisndəki karyerasını başa vuracaq.

Goal.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 25 yaşlı hücumçu özü məlumat verib. O, son turniridə uğur qazanmağa çalışacağını bildirib.

Qeyd edək ki, Lukaku DÇ-2018-də 4 qol vuraraq bombardirlər sırasında yer alıb.