Polis Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək


Digərləri 17 Avq 2018 15:20:00 252 0

Polis Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.