BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir (FOTO)


Digərləri 17 Avq 2018 15:15:00 471 0

BSU-da sənəd qəbulu yüksək səviyyədə həyata keçirilir (FOTO)

Avqustun 16-dan etibarən Bakı Slavyan Universitetində də (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib.

Bakı. Avqustun 16-dan etibarən Bakı Slavyan Universitetində də (BSU) tələbə adını qazanmış abituriyentlərin qeydiyyatına start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, rektor, professor Nurlana Əliyevanın əmri ilə 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetdə Sənəd qəbulu üzrə Komissiya yaradılıb və həmin komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri Nəsib Cəbrayılov rəhbərlik edir. O, adıçəkilən universitetə bu il plan üzrə 1085 tələbənin qəbulunun nəzərdə tutulduğunu bildirib. Birinci turda artıq 987 nəfər tələbənin BSU-nun müxtəlif ixtisasları üzrə seçim etdiyini deyən komissiya sədri bununla da plan üzrə qəbulun artıq 91 faizinin yerinə yetirildiyini vurğulayıb. N.Cəbrayılov boş qalan yerlərin ikinci turda tutulacağına ümid etdiyini dilə gətirib.