Polis Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq


Digərləri 17 Avq 2018 15:01:00 246 0

Polis Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Bakı. Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb.