Progress Rusiya futbolu tarixinə düşdü


İdman 17 Avq 2018 15:00:00 265 0

Progress Rusiya futbolu tarixinə düşdü

Birinci təsnifat mərhələsində “Qəbələ”ni mübarizədən kənarlaşdıran “Progress” klubu Avroliqa ilə vidalaşıb.


Goal.az-ın məlumatına görə, ilk oyunda səfərdə “Ufa”ya 1:2 hesabı ilə uduzan Lüksemburq təmsilçisi cavab matçında meydandan bərabərliklə ayrılıb - 2:2.Bu nəticə ilə “Progress” Rusiya futbolu tarixinə düşüb. Belə ki, “Proqres” rus klublarına 1 oyunda 2 qol vuran ilk Lüksemburq klubudur. 

Daha əvvəl Rusiya klubları 2 dəfə qitə kuboklarında Lüksemburq təmsilçiləri ilə qarşılaşıblar. 1992/93 mövsümündə “Spartak” Kuboklar Kubokunda “Avernir”i (0:0, 5:1), 10 il əvvəl isə “Saturn” İntertoto kubokunda “Ettsella”nı (7:0, 1:1) mübarizədən kənarlaşdırıb.