Britni Spirs keçmiş ərinə 110 min ödədi


Digərləri 17 Avq 2018 14:28:00 253 0

Britni Spirs keçmiş ərinə 110 min ödədi

Artıq bir neçə ildir ki, Britni Spirslə keçmiş əri Kevin Federlayn arasında uşaqları üçün ödənilməli olan aliment davası davam edir. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, ötən il keçmiş əri uşaqlar üçün hər ay 20 min dollar alırdı. Bu isə onun üçün azlıq edib. Fevralda o, məhkəməyə müraciət edərək uşaqların böyüdüyünü, xərclərin çoxaldığını və alimentin iki dəfə çoxaldılmasını tələb edib. 

Ataları ilə qalan 12 yaşlı Şon və 11 yaşlı Preston üçün edilən bu tələbi məhkəmə geri çevirib. Bununla razılaşmayan Kevin yenidən məhkəməyə üz tutub və alimentin üç dəfə çoxaldılmasını, yəni 60 min dollar edilməsini istəyib.