NASA asteroidə müğənninin adını verdi


Dünya 17 Avq 2018 13:48:00 237 0

NASA asteroidə müğənninin adını verdi

NASA Mars ətrafında dövr edən asteroidə ötən gün dünyasını dəyişən məşhur müğənni Areta Franklinin adını verib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə qurumun Tvitter hesabında informasiya dərc edilib.

"Areta Franklinin ölümü bizi məyus etdi. Bizim NEOVISE missiyamızın aşkarladığı, "soul kraliçası"nın xatirəsini əbədiləşdirmək məqsədilə onun adı verilən "249516 Areta" asteroidi Mars ətrafında dövrə vurmağa davam edəcək", - NASA-nın açıqlamasında deyilir.