İsrailin baş naziri növbəti dəfə polis tərəfindən dindirilir


Dünya 17 Avq 2018 13:20:47 238 0

İsrailin baş naziri növbəti dəfə polis tərəfindən dindirilir

Bu, İsrailin baş nazirinin 2018-ci ildə dindirildiyi dördüncü sorğudur

İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdəki iqamətgahındanövbəti dəfəmüstəntiqlər tərəfindən dindirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin dövlət radiosu məlumat yayıb.

Məlumatda dindirilmənin "4000 işi" üzrə olduğu qeyd olunub. Bu iş çərçivəsində müstəntiqlər baş nazirin "Bezeq" telekommunikasiya şirkətinə onlara məxsus "Walla" informasiya portalında hökumətin fəaliyyətinin müsbət işıqlandırılması qarşılığında müəyyən güzəştlər etməsilə bağlı şübhələri araşdırırlar.

Bu, Netanyahunun 2018-ci ildə dindirildiyi dördüncü sorğudur. Buna qədər baş nazir martın 26-da, iyunun 12-də və iyulun 10-da dindirilib.