Bakı Metropolitenində sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıblar


Digərləri 17 Avq 2018 13:27:28 189 0

Bakı Metropolitenində sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıblar

Bakı Metropolitenində sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıblar.

Bakı. Bakı Metropolitenində sərnişinə qarşı soyğunçuluq etmiş şəxslər saxlanılıblar. DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 15-də Beyləqan rayon sakini olan bir nəfərin “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.