İstirahət günlərində hava qeyrisabit keçəcək,


Digərləri 17 Avq 2018 13:12:00 315 0

İstirahət günlərində hava qeyrisabit keçəcək,

"Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək".

Son.az bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".