Haydı, boşan arvadından, məni al


Digərləri 17 Avq 2018 13:20:00 259 0

Haydı, boşan arvadından, məni al

Məşuquna tapança tuşlayaraq ondan arvadını boşamasını tələb edən qadın həbs olunub.

Son.az Tuscaloosa News-a istinadən bildirir ki, 38 yaşlı Keyna Kammon qətlə cəhddə suçlanır.

K.Kammon 2 ildən bəri görüşdüyü kişidən tələb edib ki, arvadını dərhal boşasın və onunla evlənsin.

ABŞ-ın Alabama ştatındakı Tuskalusa şəhərində yaşayan Keyna dünən səhər yerli vaxtla saat 10.30-da Facebook Messenger vasitəsilə məşuquna görüntülü zəng edib.

O, ərindən boşandığını deyib, məşuqundan da eyni addım atmasını istəyib.

"Bax, sənə görə ərimdən boşandım. Evlənəcəyimizi vəd etmişdin. Məni aldadırsan, elə hey vəd edirsən! Günü bu gün arvadını boşayırsan! Səbr kasam artıq daşıb. Bax, əlimdəki tapançanı görürsən, lənətə gəlmiş?! Boşanmasan, başına güllə çaxacağam!" - deyən Keyna canlı yayımda atəş açıb.

30 yaşlı məşuq qorxuya düşüb, dərhal polisə zəng vurub.


Xəbərə aid fotolar