Nazirlik: "Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir"


Digərləri 17 Avq 2018 13:04:00 295 0

Nazirlik: "Hazırda Bayıl sürüşmə sahəsində vəziyyət stabildir"

"Hazırda Bayıl sürüşmə sahəsində stabil vəziyyət hökm sürür".

Son.az bildirir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, son dövrlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb: "Bayılda sürüşmə hadisəsi qeydə alınan ərazilərdə mayak və reperlərimiz var, müşahidə işləri aparırıq. Ərazi daima nəzarətdədir".