Sergey Semak: “Oyunun taleyini əsas vaxtda həll edə bilərdik”


İdman 17 Avq 2018 12:50:00 336 0

Sergey Semak: “Oyunun taleyini əsas vaxtda həll edə bilərdik”

Zenit –in baş məşqçisi Sergey Semak Avropa Liqasının 3-cü təsnifat turunda Minsk Dnamo-su üzərində qələbədən danışıb.

Goal. az baş məşqçinin müsahibəsini təqdim edir.

- Oyun necə keçdi?

- Bütün matçlar çətin olur. Birinci hissədə oyuna nəzarəti əlimizdə saxlamağı planlaşdırmışdıq. Alındı. İkinci hissədə isə uzun ötürmələrə üstünlük verdik. Dinamo-dan yaxşı oynadıq. Oyunun talehini əsas vaxtda həll edə bilərdik. Komandam əla oynadı.

- Komandanı necə hazırlamışdınız?

- Futbolçular özləri mübarizəyə hazır idilər. Onlar necə oynamaq lazım olduğunu bilirdilər.

- Zabolatnı və Dzyuba ilk dəfə yanaşı oynadılar. Belə davam edəcək?

- Rəqiblərdən asılı olacaq. İkisinin bir yerdə olması pis variant deyil. Yəqin ki belə davam edəcək. Əlimizdən gələni etməliyik ki, komanda növbəti matça daha yaxşı hazırlaşsın.

- Əvvəllər demişdiniz ki, transfer məsələsinə müdaxilə etmək səlahiyyətiniz azdır. İndi imkanlarınız artacaq?

.- Mənim üçün çətin sualdır. Nə edəcəyimizi bilirəm. Ümid edirəm ki, rəhbərlik məni dinləyəcək. Transfer pəncərəsi bağlanmaq üzrədir. Vaxtımız azdır.

- Paredes cəzalanacaq?

- Buna baxacağıq. Yəqin ki, müəyyən bir cəza olacaq. Əsas odur ki, futbolçu komandanı pis vəziyyətə saldığını başa düşsün.

- Bu qələbəni futbolçu kimi əldə etdiklərinizlə müqayisə etmək olar?

- Məncə, yox. Nədənsə mən daha çox məğlubiyyətləri xatırlayıram. Səbəbini bilmirəm.

- Qol buraxmasaydınız Mak və Semak meydana çıxmayacaqdı?

- Makı əsas vaxtda oyuna buraxa bilərdim. Onun gücünə bələdəm. Amma əvəzləmənin vaxtını düzgün seçmək lazım gəldi. Düşünürdüm ki, hansısa problem yarana bilər. Ona görə də onları meydana buraxmağa tələsmədim.

-Tribunalar boş idi. Azarkeşlər Zenit-i gəmidən dəstəkləyirdilər. Səslərini eşidirdiniz?

- Tribunaların boş olacagını bilirdik. Amma fanatlarımızın bizi dəstəkləyəcəyinə inanırdıq. Hamıya minnətdaram