Qəbələdə ən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılıb (FOTO)


Digərləri 17 Avq 2018 13:03:00 310 0

Qəbələdə ən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılıb (FOTO)

Qəbələ rayonundakı ən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılıb

Bakı. Elçin Mehdiyev - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya bu ilin iyul ayında Qəbələ rayonundakı Qalayeri qədim yaşayış məskənində arxeoloji qazıntı işlərini davam etdirib. İnstitutdan Trend-ə verilən məlumata görə, Leylatəpə arxeoloji mədəniyyətinə - e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi Qəbələ Beynəlxalq Aeroportu ərazisindədir və burada 2012-ci ildən geniş arxeoloji qazıntı işləri aparılır. Bu il abidənin mərkəzi hissəsində qazıntı nəticəsində müəyyən edilib ki, burada xalkolit dövründə yaşayışın uzun müddətli olduğunu sübut edən mədəni təbəqənin qalınlığı 3 m-dən artıqdır. Bu isə Leylatəpə mədəniyyəti abidələri üçün olduqca yüksək göstəricidir.