Azərbaycanda mobil operatorlar 7 ayda 495,2 milyon manat qazanıb


Digərləri 17 Avq 2018 12:40:00 239 0

Azərbaycanda mobil operatorlar 7 ayda 495,2 milyon manat qazanıb

2018-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 023,6 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb.