Şagirdləri daim zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq


Digərləri 17 Avq 2018 12:12:00 276 0

Şagirdləri daim zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Azərbaycanda şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətlərindən biri olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu, təhsil naziri Ceyhun Bayramovun "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində qeyd edilib.

Əmr 2018-2019-cu dərs ilində ümumi təhsil sistemində keyfiyyət göstəricilərinin davamlı surətdə yaxşılaşdırılması, təhsilalanların milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi istiqamətində çevik fəaliyyət mexanizmi yaratmaq məqsədilə imzalanıb. Əmrlə 2018-2019-cu dərs ilində ümumi təhsil üzrə prioritet fəaliyyət istiqamətləri müəyyən edilib.

Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 2017-ci il 28 avqust tarixli 261 nömrəli əmri ilə təsdiq olunmuş "Təhsildə keyfiyyət ili" ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunsun.