Cəlilabadda evdə yanğın


Digərləri 17 Avq 2018 12:04:00 203 0

Cəlilabadda evdə yanğın

Cəlilabad rayonunun Cəfərxanlı kəndində ümumi sahəsi 270 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Son.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində evin birinci mərtəbəsində aynabəndin tavanı və döşəməsi yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.