Qazaxıstan Xəzərin statusu haqqında Konvensiyanı yaxın vaxtlarda ratifikasiya edəcək


Siyasət 17 Avq 2018 11:22:00 299 0

Qazaxıstan Xəzərin statusu haqqında Konvensiyanı yaxın vaxtlarda ratifikasiya edəcək

Qazaxıstan Xəzərin hüquqi statusu haqqında Konvensiyanı yaxın vaxtlarda ratifikasiya etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova deyib.

O qeyd edib: "Biz ən yaxın zamanda həmin Konvensiyanı ratifikasiya etmək niyyətindəyik. Hər halda XİN təxirə salmadan dövlətdaxili prosedurların icrasına başlayacaq. Sənədi hökumətə təqdim edəcəyik. Bununla bağlı bizim üçün müddət, prosedurlar müəyyən edilib. Bu məsələ barədə qərarın yubadılacağını düşünmürəm".

XİN rərmisinin sözlərinə görə, sonra hökumət sənədi parlamentə göndərəcək: "Xəzəryanı ölkələr bu məsələnin razılaşdırılması üçün uzun yol qət ediblər".

Xatırladaq ki, avqustun 12-də Aktauda keçirilən Xəzəryanı ölkələrin sammitinin yekunu üzrə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.