Orta məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq


Digərləri 17 Avq 2018 11:26:00 289 0

Orta məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq

Ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri - müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu, təhsil naziri Ceyhun Bayramovun "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində qeyd edilib.

Əmrlə rayon (şəhər) təhsil şöbələrinə, ümumi təhsil müəssisələrinə tapşırılıb ki, ümumtəhsil məktəblərində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işləri vaxtında başa çatdırsınlar, həmin dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakını nəzərdə tutsunlar.