Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı


Digərləri 17 Avq 2018 11:19:00 246 0

Bakıda 6 marşrut xətti müsabiqəyə çıxarıldı

49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.

Bakı. 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd bu xətləri üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.