Dünyanın ən çox qazanan aktrisaları


Digərləri 17 Avq 2018 11:18:00 249 0

Dünyanın ən çox qazanan aktrisaları

"Forbes" jurnalı dünyanın ən çox qazanan aktrisalarının beşliyini hazırlayıb.

Son.az xəbər verir ki, amerikalı aktrisa Skarlett Yohansson siyahıya liderlik edir. O, 2017 və 2018-ci illərin iyun ayları arasında olan dövr ərzində 40,5 milyon dollar qazanc əldə edib və ən yüksək maaşlı aktrisa olub.

S.Yohansson üçün əsas gəlir mənbəyi "Qisasçılar" silsiləsindən olan "Qara dul qadın" filmində oynadığı rus casusu rolu olub. Bu rol onun gəlirini 4 dəfə artırıb.

Siyahıda ikinci yeri "Malefisenta 2" ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub.