Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması başa çatır (FOTO/VİDEO)


Digərləri 17 Avq 2018 10:40:00 178 0

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması başa çatır (FOTO/VİDEO)

Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır.

Bakı. Lənkəranda turizmin inkişafına təkan verəcək yolun yenidən qurulması yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu il rayonda uzunluğu 22 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması bitmək üzrədir. Bu başlanğıcını M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürən yerli əhəmiyyətli Hirkan-Daştatük-Biləsər avtomobil yoludur. Hirkan-Daştatük-Biləsər avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülüb.