“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir


Digərləri 17 Avq 2018 09:32:53 290 0

“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir

İranın avtomobil istehsalçısı “Iran Khodro” Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir.

Tehran. Kamyar İqbalnecad, Ənvər Məmmədov - İranın avtomobil istehsalçısı “Iran Khodro” Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir. Bunu Trend-in İrandakı xüsusi müxbirinə İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Möhsün Salehiniyə deyib. Nazir müavininin sözlərinə görə, bu addım şirkətə Azərbaycanda istehsalatı genişləndirməyə imkan verəcək: