Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb


Dünya 17 Avq 2018 09:13:00 272 0

Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb

Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasların üzərinə çıxıb. Hadisə nəticəsində 7 nəfər ölüb.

Son.az xəbər verir ki, bununla belə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər. Bu barədə Report RİA "Novosti"yə istinadən məlumat yayıb.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.