Xaçmazda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər rayon Prokurorluğuna göndərilib


Digərləri 17 Avq 2018 09:16:00 257 0

Xaçmazda ağac kəsintisi ilə bağlı toplanmış sənədlər rayon  Prokurorluğuna göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.