Azərbaycanda turistlərin marağına səbəb olan daha bir əyləncə və ekstrim növü (FOTO)


Digərləri 17 Avq 2018 09:00:00 303 0

Azərbaycanda turistlərin marağına səbəb olan daha bir əyləncə və ekstrim növü (FOTO)

Qəbələnin havası və təbiət mənzərəsi buranı uçuşlar üçün əlverişli məkana çevirir.

Bakı. Ceyhun Ələkbərov - İqtisadiyyatın ən gəlirli sahələrindən biri də turizmdir. Azərbaycan da bu sahənin inkişafda olduğu ölkələrdəndir. Hazırda Azərbaycanda ən çox turist qəbul edən rayonlardan biri Qəbələdir. Son illər ərzində turizmin sürətlə inkişaf etdiyi Qəbələdə turistlər üçün bir çox şərait yaradılıb. Bu ilin qış aylarından isə Qəbələdə daha bir əyləncə və ekstrim növü olan paraplan uçuşları təşkil olunur. Qəbələnin havası və təbiət mənzərəsi buranı uçuşlar üçün əlverişli məkana çevirir. Qəbələdə uçuşlar üzrə təşkilatçı Aleksandr Makarov Trend-ə bildirib ki, uçuşlar Tufandağdan hər gün saat 10:00-dan başlayaraq həyata keçirilir. Uçuş müddəti 10-15 dəqiqədir.