Təyyarə partlayıcı qurğu ilə əlaqədar zəngdən sonra təcili eniş edib


Dünya 17 Avq 2018 08:49:00 253 0

Təyyarə partlayıcı qurğu ilə əlaqədar zəngdən sonra təcili eniş edib

Peruda "Latam" aviaşirkətinə məxsus təyyarə göyərtədə partlayıcı qurğunun olması barədə zəngdən sonra təcili eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, Lima (Peru) - Santyaqo (Çili) reysini həyata keçirən təyyarə Pisko hava limanında eniş edib.

Məlumata əsasən, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat Çilinin uçuşlara nəzarət mərkəzinə naməlum şəxs tərəfindən telefon zəngi ilə bildirilib.