Uşaqların sağlamlığının sadə və effektiv qiymətləndirilməsi sistemi hazırlanıb


Digərləri 17 Avq 2018 07:21:00 313 0

Uşaqların sağlamlığının sadə və effektiv qiymətləndirilməsi sistemi hazırlanıb

"Rossiyskaya qazeta" xəbər verir ki, Beylor Universiteti əməkdaşlarının 368 ibtidai məktəb şagirdinin iştirakı ilə apardıqları eksperiment nəticəsində əl gücü zəif olan uşaqların sağlamlıq problemləri ilə daha çox qarşılaşdıqları məlum olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment zamanı dinamometrin köməyi ilə uşaqların hər iki əlinin gücü ölçülüb və sağlamlıq vəziyyəti qiymətləndirilib. Təxminən iki il sonra onların səhhəti yenidən müayinədən keçirilib. Əvvəlcədən oğlanların 27,9 faizi, qızların isə 20,1 faizi "zəiflər" qrupuna salınıb. Onların sağlamlıq keyfiyyətinin aşağı düşməsi riski əl gücü göstəriciləri normal olan uşaqlardan üç dəfə çox olub.