Sirli kosmik qurğu ABŞ ilə Rusiyanı üzüzə qoydu Gərginlik


Digərləri 17 Avq 2018 07:28:00 297 0

Sirli kosmik qurğu ABŞ ilə Rusiyanı üzüzə qoydu  Gərginlik

Sirli kosmik qurğu ABŞ-da həyəcana yol açıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi Yleem Poblete İsveçrədə keçirdiyi mətbuat konfransında "nə olduğunu qəti şəkildə bilmirik və bunu sübut etməyin bir yolu yoxdur", deyə qeyd edib.

Yleem Poblete sirli kosmik qurğunun silah olub-olmadığını söyləməyin mümkünsüzlüyünü qeyd edib.

Rusiya tərəfi iddiaları "şübhəyə söykənən əsassız, qarayaxma" adlandırıb.

Qeyd edək ki, adı çəkilən qurğu ötən ilin oktyabr ayında ABŞ səmasında görülüb.

Poblete kosmik qurğunun əvvəlki qurğulara bənzəmədiyini qeyd edib.

Rusiyanın Kosmik Gücü komandanlığının "məqsədimiz yeni silah prototipləri əldə etməkdir" fikirlərini münasibət bildirən Poblete bildirib ki, rusların bu peyklə bağlı mövqeləri naməlum olduğundan narahatedici durum yaranıb.

Poblete ABŞ-ın Rusiyanın kosmik silahlar əldə etməsindən narahat olduğunu bildirib.