Əlixan Səmədovdan şou biznes nümayəndələrinə ATMACA FOTO


Şou-biznes 17 Avq 2018 05:30:00 281 0

Əlixan Səmədovdan şou biznes nümayəndələrinə ATMACA  FOTO

Türkiyədə yaşayan məşhur azərbaycanlı balaban ifaçısı, xalq artisti Əlixan Səmədov "Bakı gecələri" verilişinin qonağı olub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, sənətkar Türkiyədə Azərbaycan adına gördüyü işlərdən danışıb:

"Balabanla bağlı bir neçə kitabın, doqquz albomun müəllifiyəm. Hazırda bəstəkar dostumuzla balaban üçün simfoniya üzərində çalışırıq. Məqsədimiz xalqımızı, mədəniyyətimizi dünyaya tanıtmaqdır. Azərbaycandan Türkiyəyə gələn kim varsa, görüşməyə, əgər balaban ifası lazımdırsa, "baş üstə" deməyə hazıram. Çünki bu bizim təbliğatımız üçün lazımdır".

Sənətkar Azərbaycandan Türkiyəyə gedən sənətçilərin repertuar seçiminə də toxunub və onları tənqid edib:

"Əgər sən bura gəlib arabesk oxuyacaqsansa, heç cür uğur qazana bilməzsən. Çünki Türkiyənin min arabesk ifaçısı var, sən də min birinci olacaqsan. Ona görə də öz musiqini, öz mədəniyyətini təbliğ etməlisən ki, daha böyük maraq görəsən".


Xəbərə aid fotolar