Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb


Dünya 17 Avq 2018 00:44:42 306 0

Türkiyə hakim partiyasının 5 üzvü yol qəzasında ölüb

Daha 18 nəfər yaralanıb

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının üzvlərini daşıyan avtobus Van şəhərindən Ankaraya gedən zaman yol qəzasına düşüb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, daha 18-i yaralanıb.

Bildirilir ki, siyasətçilər fraksiyanın avqustun 18-nə nəzərdə tutulan qurultayına gedirmişlər.