Türkiyə “iPhone”u boykot edir


Digərləri 16 Avq 2018 23:59:00 306 0

Türkiyə “iPhone”u boykot edir

Türkiyədə pərakəndə satışla məşğul olan ticarətçilər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq çağırışından sonra "iPhone" smartfonlarını almaqdan imtina ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, Ankara bu üsulla Vaşinqtonun tətbiq etdiyi sanksiyalara və rüsumlara cavab verməyə hazırlaşır.

İnternet vasitəsi ilə satışları həyata keçirən "Dogubank" artıq oktyabr və noyabr üçün ümumi dəyəri 50 milyon dollar təşkil edən "iPhone" sifarişlərini ləğv edib.

Boykot digər elektronika məhsullarına da, - daha az miqyasda, -  şamil olunur.