Heç vaxt öz qonşularını görməyən qəsəbə sakinləri


Digərləri 16 Avq 2018 23:40:00 254 0

Heç vaxt öz qonşularını görməyən qəsəbə sakinləri

Bu qəsəbənin sakinləri hələ indiyə kimi yaşadıqları evi, uşaq meydançalarını görməyiblər. Əslində 1950-ci illərdə bu ərazidə utopiya şəhər salmaq istəyirdilər. Plana görə bu şəhərdə fiziki qüsurlu insanlar yaşayıb, işləyəcəklər. Lakin alınmadı. Bu qəsəbə kimi balaca bir məkana çevrildi. Hazırda burada 120 gözdən əlil yaşayır.

Rusinova qəsəbəsinin digər yaşayış yerlərindən fərqləndirən əsas əlamət hər tərəfdə uzanan dəmir məftillərdir. Fiziki qüsurlu insanların onlardan yapışaraq hərəkət etməsi üçün quraşdırılıb.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, qəsəbədə iş saatı səhər saat 7-də başlayır. İşin başlamağına yarımsaat qalmış küçə kölgə kimi korlarla dolur. Adətən cüt şəkildə hərəkət edirlər, çünki belə daha təhlükəsizdir. Zavodun içində daha o dəmir məftillərdən yoxdur, onun əvəzində rezin döşəklər döşənib. 

Amma Lyudiminanın heç bu döşəklərə də ehtiyacı yoxdur. O artıq 30 ildir ki, bu zavodda işləyir. İşinə qətiyyən ara vermir. O sürətlə pipetkaları keçirib onları mayonez dolu vedrələrə tərəf ötürür. O zavoddan 10  min rubl maaş alır. Lyudmilanın gözlərində problem uşaq vaxtlarından başlayıb. Görməsini isə tamamilə birinci övladını dünyaya gətirəndə itirib. O bunun səbəbini  həkimlərin onu xəbərdar etməməsində görür. İki övladı var. Oğlu onun kimi gözdən əlildir, amma qızı yaxşı görür. Öz əlliliyi barədə belə danışır:"Ümumiyyətlə öz işimizi özümüz görməyə çalışırıq. Yeməkləri hazırlayıram, tərəvəzləri qoxusu ilə ayırd edirəm. Hətta supa tökəcəyim suyu belə səsi ilə müəyyənləşdirirəm. Corabları cütləyib qoyuram ki, fərqli rənglər geyinməyək. Paltarlarımı özüm seçib alıram. Bütün qadınlar gözüyumulu öz füqurasına yaraşanı seçib geyinə bilər".