Azərbaycan nefti ucuzlaşıb


Digərləri 16 Avq 2018 23:12:00 231 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 67,41 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,19 dollar/barel azdır.