Namazın cismin sağlamlığı üçün faydaları


Digərləri 16 Avq 2018 23:15:00 290 0

Namazın cismin sağlamlığı üçün faydaları

Mütəxəssislərin nəzərinə görə, namaz ruhu qidalandırdığı kimi, bədənə də böyük faydalar verir və onu gündəlik işlər görmək üçün gücləndirir.

Səcdə etmək bədənin onurğa sümüklərinin möhkəmlənməsinə səbəb olar. Oynaqlarda olan ağrıları azaldar.

Səcdə etmək başda qan dövranının yaxşılaşmasına səbəb olar və həmçinin üzə təravət və gözəllik gətirər.

Səcdəyə getmək insanın əsəb sistemini sakitləşdirər və onu qəzəbdən uzaqlaşdırar.

İnsan bədəni gün ərzində çox miqdarda eletromaqnit dalğalarının hücumuna məruz qalar.

Baş hər nə qədər çox torpaqla təmasda olarsa, o zaman daha çox maqnit dalğalarını bədəndən dəf edə bilər.