İslamı qaydalar əsasında yoldaşının xəyanətini aşkar edən yəhudi alim müsəlman oldu


Digərləri 16 Avq 2018 23:20:00 301 0

İslamı qaydalar əsasında yoldaşının xəyanətini aşkar edən yəhudi alim müsəlman oldu

Yəhudi elm adamı apardığı araşdırmaların Quranla uzlaşdığını gördükdə İslamı qəbul edib. Robert Gillham embriologiya ilə məşğul olan alimlərdən biridir. O qadın bətnində kişinin izlərini araşdırdıqdan sonra Quranda qadının həyat yoldaşından ayrıldıqdan və ya ölümündən sonra gözlədiyi iddə zamanı məsələsi ilə tanış olur

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Misirdə Milli mərkəzdə Tibbi analizlər üzrə professor olan Dr. Abdulbasıt Muhammed Es Seyyid Robert Gilhamın hekayəsini belə anladıb: "Albert Eynşteyn adına inistitutda yəhudilərin lideri olan Robert Gillham əldə etdiyi elmi nailiyyət Qurani-Kərimdə mövcuddur. O da iddə zamanı haqqında ayələrlə tanış olduqdan sonra İslam dinini qəbul etdi. Daha sonra o sözlərinə belə davam edib: "Robert Gillham elmi sübutları gördükdə qane oldu. Bu elmi kəşflərə görə kişi qadınla birlikdə olduqdan sonra qadında xüsusi izlər buraxır. Bu izlər cinsi münasibət olmadıqda hər ay 15-25% aradan gedər. 3 ay sonra isə bu izlər tamamilə yox olar. Boşanmış qadın başqa bir kişi ilə münasibətə girməyə tamamilə hazır vəziyyətə gələr".