Böyük müharibə yalanı


Digərləri 16 Avq 2018 22:50:00 310 0

Böyük müharibə yalanı

Vyetnam müharibəsi Bobko( Tonkin) körfəzi hadisəsi ilə başlayıb. Ağ evin Tonkin körfəzindəki hadisə gizli şifrələr altındadır və bu ABŞ kəşfiyyatının yalan və saxtalaşdırmasıdır. ABŞ-ın Vyetnamda hərbi əməliyyatları 10 il davam edib. Bu əməliyyatlarda 2,7 milyon amerikalı hərbiçi iştirak edib. ABŞ 58 min insan itirib, vergi ödəyicilər isə 11 milyard dollar. Həm şimali, həm də cənubi Vyetnam 2 milyon insan itkisi verib.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, keçən əsrin 60-cı illərində Vyetnam 17-ci paralel üzrə parçalandı. Şimalda SSR-nin dəstəyi ilə Vyetnam Demokratik respublikası quruldu. Cənubda isə fransız müstəmləkəçiliyi öz yerini Amerika işğalına verdi. Cənubda vətəndaş müharibəsi qızışdı, bu da partizan müharibəsinə gətirib çıxardı. ABŞ kommunizm virusunun bura yayılmasının qarşısını almaq üçün 1964-cü ilin iyulunda Tonkin körfəzinə flot göndərdi.

O vaxt ki, məlumatlara əsasən bildirildi ki, Tonkin körfəzində toqquşma olub. Bu toqquşma zamanı Şimali Vyetnamın hərbi esminesi ABŞ-la toqquşdu. İlk atəşin kim tərəfindən hansı tərəfdən açıldığı hələ də məlum deyil. Bu toqquşmada ABŞ esminesi zədə almadı, amma Vyetnam tərəfdən gəmilər sıradan çıxsa da döyüşü davam etdirmək istədilər. Burada isə işə kəşfiyyat qarışdı. Kəşfiyyat guya Şimali Vyetnamın ABŞ-a meydan oxuma radio mesajlarını əldə etdi. Avqustun 7 -si isə ABŞ Konqresi Tonkin qətnaməsini qəbul etdi. Bu qətnaməyə görə Şimali Vyetnamın borbardmanı başladı.

Bəs doğurdanmı bu boyda müharibəyə və qırğına səbəb olmuş Tonkin qətnaməsi haqlı idi? Bu yaxınlarda Milli Təhlükəsizlik Agentliyi Tonkin hadisəsinə dair sənədləri öz saytına yerləşdirdi. Bu sənədlər arasında Robert Xeunokun - hərbi tarixçinin məqaləsi  daha nəzərə çarpandır. Xeunok vurğulayır ki, əslində heç bir hücum olmayıb.