Azərbaycanda qızılın qiyməti


Digərləri 16 Avq 2018 22:31:00 414 0

Azərbaycanda qızılın qiyməti

Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, avqustun 16-da qızılın qiyməti avqustun 15-i ilə müqayisədə 23,528 manat azalaraq 1 troy unsiyası üçün 1995,6725 manat təşkil edib.

Beləliklə, qızıl Azərbaycan 20 aylıq minimumadək enib. Sonuncu dəfə qızılın qiyməti 2 min manatdan aşağı həddə 2016-cı il dekabrın 28-də düşmüşdü (1997,5722).

Gümüş 0,7605 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6758 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 30,3965 manat azalaraq 1313,1735 manat, palladiumun qiyməti isə 62,237 manat azalaraq 1457,75 manat təşkil edib.

Ad

16.08.18

15.08.18

Qızıl

XAU

1995,6725

2019,2005