QTA qurban kəsmək istəyənlərə müraciət etdi VİDEO


Digərləri 16 Avq 2018 22:21:00 239 0

QTA qurban kəsmək istəyənlərə müraciət etdi  VİDEO

Qurban bayramında insanların qurbanlarını gigiyenik qaydalara uyğun həyata keçirməsi üçün Bakıda xüsusi yerlər ayırılıb. Bunu Xəzər Xəbərə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin Baytarlığa nəzarət şöbəsinin müdiri Qalib Abdüləliyev deyib. Palatka tipli olaraq hazırlanan bu yerlərdən artıq bəzilərinin harda yerləşdiyi də məlumdur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, agentliyin rəsmisi bildirir ki, qurban kəsmək istəyən şəxslər kəsim yerlərini yerli icra qurumları ilə dəqiqləşdirə bilərlər.

Qalib Əbdüləliyev bildirir ki, qurban bayramında insanların rahat qurbanlarını kəsməsi üçün onlar Kənd Təsərrüfatı Nazirliyi və yerli icra qurumları ilə birgə işləyəcəklər. Kəsim yerləri isə rayonların böyüklüyünə görə dəyişəcək.