Azərbaycanda qızılın qiyməti 20 aylıq minimuma endi


Digərləri 16 Avq 2018 22:00:00 234 0

Azərbaycanda qızılın qiyməti 20 aylıq minimuma endi

Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir

Bakı. Azərbaycanda qızıl və gümüşün qiymətləri ucuzlaşmaqda davam edir. Trend-in məlumatına görə, avqustun 16-da qızılın qiyməti avqustun 15-i ilə müqayisədə 23,528 manat azalaraq 1 troy unsiyası üçün 1995,6725 manat təşkil edib. Beləliklə, qızıl Azərbaycan 20 aylıq minimumadək enib. Sonuncu dəfə qızılın qiyməti 2 min manatdan aşağı həddə 2016-cı il dekabrın 28-də düşmüşdü (1997,5722). Gümüş 0,7605 manat ucuzlaşaraq 1 unsiya üçün 24,6758 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 30,3965 manat azalaraq 1313,1735 manat, palladiumun qiyməti isə 62,237 manat azalaraq 1457,75 manat təşkil edib. Ad 16.08.18 15.08.18 Qızıl XAU 1995,6725 2019,2005