Həccə getməyən, amma həcci qəbul olunan kişinin əhvalatı


Digərləri 16 Avq 2018 21:45:00 232 0

Həccə getməyən, amma həcci qəbul olunan kişinin əhvalatı

Abdullah Mübarək həccə ilk səfərində mərasimi yerinə yetirdikdən sonra rahat şəkildə yuxuya gedir. Yuxuda bir mələk onun yanına gəlir və Abdullah onu görən kimi soruşur: "Bu il həcc əməlini yerinə yetirmək üçün neçə nəfər gəlmişdir?".

Deyir: "300 min nəfər".

Soruşur: "Onların neçəsinin həcci qəbul olmuşdur?".

Deyir: "Az hissəsinin".

Son.az deyerler.org-a istinadən bildirir ki, Abdullah bu cavabdan çox pərişan oldu və dedi: "Bu insanlar dünyanın müxtəlif yerlərindən həcci yerinə yetirmək üçün özlərini əziyyətə və çətinliyə salıblar. İndi isə çox az hissəsinin həcci qəbul olmuşdur?".

Mələk deyir: "Bir kişi Dəməşqdə yaşayır və adı Əli ibni Müvəffəqdir. Baxmayaraq ki, həccə gəlməmişdir, ancaq həcci qəbul olmuşdur. Allah da həccə gələnlərin əməllərini ona xatir qəbul etmişdir".

Abdullah yuxudan ayılan kimi niyyət edir ki, Dəməşqə getsin. Ora çatan kimi həmin Əlinin evinə gedir və gördüyü yuxusunu ona danışır.