Meksikada güclü narkokartelin 50 üzvü tutulub


Dünya 16 Avq 2018 21:38:00 220 0

Meksikada güclü narkokartelin 50 üzvü tutulub

Meksikada ordunun və polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində "Xalisko - Yeni nəsil" adlandırılan güclü narkokartelin 50 üzvü tutulub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Excelsior" portalının yaydığı məlumata görə, bütün şübhəlilər Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatında saxlanılıb. Onların 38-dən çoxu Frontera-Komalapa şəhərindəki oteldə həbs olunub.

"Xalisko - Yeni nəsil" karteli hazırda Meksikada ən güclü qruplaşmalardan biridir. 2015-ci ildə qruplaşma üzvlərinin hərbi helikopterə hücumu nəticəsində 8 nəfər həlak olmuşdu. Daha sonra isə polis patruluna hücum zamanı 15 asayiş keşikçisi öldürülmüş, 5-i yaralanmışdı. Bu, son illərdə Meksika polisi sıralarında ən böyük itkilərdən biri hesab edilir.