ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar


Dünya 16 Avq 2018 21:29:00 262 0

ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Vaşinqtonun Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Vaşinqton Türkiyədə həsdə saxlanılan rahib Endryu Bransonun azad edilməsini tələb edir.

Ankara isə onun terrorçuluqda ittiham olunmasına əsaslanaraq tələbi yerinə yetirməkdən imtina edir.

Avqustun 10-da ABŞ Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 2 dəfə artırıb.

Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikadan idxal olunan elektronika məhsullarının boykotu haqqında bəyan edib və bir sıra ABŞ mallarına tətbiq olunan rüsumları artırıb.