36 su nasosu oğurlayan şəxs saxlanıldı VİDEO


Digərləri 16 Avq 2018 21:12:00 310 0

36 su nasosu oğurlayan şəxs saxlanıldı  VİDEO

Paytaxtın mərkəzi küçələrində vətəndaşların su nasonunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Bakıda iki rayon ərazisində 36-ədəd su nasosu oğurlayaraq dəyərindən ucuz qiymətə satıb.

Mənzillərin girişindən xeyli sayda su nasosu oğurlayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. Bir neçə şəxs ''102'' zəng xidmətinə məlumat verib ki, bina və hyət evlərinin girişində olan su nasosları oğurlanıb. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Səfərovu saxlayıb.

Araşdırma zamanı onun Səbail və Nəsimi rayonunda ümumilikdə 36 ədəd su nasosu oğurladığı məlum olub. Saxlanılan şəxs ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladığını və şəhərin müxtəlif yerlərində satdığını etiraf edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.


Xəbərə aid video