Ona təcavüz edən İŞİDçini Almaniyada gördü


Dünya 16 Avq 2018 21:03:00 260 0

Ona təcavüz edən İŞİDçini Almaniyada gördü

İraqın şimalında 2014-cü ildə İŞİD üzvləri tərəfindən qaçırılan və üç il sonra qaçaraq Almaniyaya sığınan yezidi qadın onu pulla alan terrorçunu Berlində görüb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Aşvaq Talo adlı qız üzləşdiyi dəhşətləri İngiltərənin "Times" qəzetinin internet saytı olan "bas News"a danışıb.

Talo 2014-cü ildə ailəsilə birlikdə Şenqalda İŞİD tərəfindən qaçırılıb. O zaman 15 yaşı olan qız Mosulda Əbu Humam adlı suriyalı İŞİD üzvünə 100 dollara satılıb.

4 il zorla namaz qılan və hər gün təcavüz olunan qız sonda ölkədən qaça bilib.