Səyahət sığortasına niyə maraq yoxdur? VİDEO


Digərləri 16 Avq 2018 21:07:00 295 0

Səyahət sığortasına niyə maraq yoxdur?  VİDEO

Xarici ölkələrə turizm şirkətləri vasitəsilə gedən vətəndaşlar sığorta edilirlər. Ölkə daxili səyahətlər zamanı isə nə sığorta şirkətləri, nə də vətəndaşlar bunda maraqlıdırlar. Hərçənd ki, fərdi qəza sığortasından istifadə insanları bədbəxt hadisələrdən sonra alınacaq xəsarətlərdən sığortalayır.

Azərbaycanda ölkədaxili səyahətə gedənlər özlərini sığortalamırlar. Bu tendensiya uzun müddətdir ki, davam edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəxsi sığorta növlərindən sayılan fərdi qəza sığortası ölkədaxili səfər zamanı baş verəcək bədbəxt hadisələrdən zamanı alınan xəsarətdən sığortalanmaq üçün tətbiq edilir. Fərdi qəza sığortası özündə yüngül - ağır xəsarətlər, 1,2,3-cü dərəcə əlillik və ölümə görə təminatı ehtiva edir.Azərbaycan Sığortaçılar Assossiasiyasının rəhbəri Mustafa Abbasbəyli deyir ki, bu sığorta növünə marağın az olmasının müxtəlif səbəbləri var.

Mustafa Abbasbəylinin sözlərinə görə vətəndaşlar istədikləri məbləğdə sığorta ödənişi üçün müqavilə bağlaya bilərlər. Sığorta haqları da buna uyğun hesablanır


Xəbərə aid video