Brakonyerlərə qarşı cəzalar sərtləşdirilir VİDEO


Digərləri 16 Avq 2018 21:08:00 254 0

Brakonyerlərə qarşı cəzalar sərtləşdirilir  VİDEO

Brakonyerlərə qarşı cəzalar sərtləşdirilir. Xüsusi ilə Xəzər dənizində nərcinsli balıqları qeyri-qanuni ovlayan şəxslərə qarşı xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları və dövlət balıq mühafizə xidməti nəzərəti daha da gücləndirəcək.

Xəzəryanı ölkələr brakonyerliyə qarşı birgə mübarizə aparacaqlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. Onun sözlərinə görə, Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzər dənizində brakonyerliyə qarşı birgə mübarizənin aparılması məqsədilə Xəzəryanı ölkələr arasında protokol imzalanacaq.

Mehman Axundovun sözlərinə görə, bu mexanizimlə bağlı müəyyən işlər görülüb. 3 ay sonra imzalanacaq həmin protokol əsasında Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları, sərhəd qoşunları Xəzərdə qanunsuz balıq ovu edənlərə qarşı birgə tədbirlər həyata keçirəcəklər. Bunun üçün regional səviyyədə birgə səy göstərilməli, Xəzəryanı ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlıq etməlidir. Məqsəd xüsusi ilə nərəcinsli balıqların populyasiyasının artımına nail olmaqdır.


Xəbərə aid video