Vulkanın məhv etdiyi 30 minlik əhalisi olan şəhər


Digərləri 16 Avq 2018 20:55:00 240 0

Vulkanın məhv etdiyi 30 minlik əhalisi olan şəhər

Bu yəqin ki, heç kəsin ağlına gəlməzdi. 1902-ci ildə Martinquedəki St.Pierre şəhəri məhz bu hadisə ilə yox oldu. Əgər coğrafiyanı zəif bilirsinizsə bu şəhərin yerini qısa olaraq belə təsvir edə bilərəm: Martinque Karib dənizində, Venesueladan 600 kilometr uzaqlıqda yerləşir. Deyilənə görə Kolumb 1502-ci ildə bu adanı kəşf edib. 1902-ci ilin may ayında bu adanın hər iki bölgəsindən Fransa üçün nümayəndələr seçmək üçün seçkilər olacaqdı.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu seçkilər adada böyük siyasi dəyişikliyə aparıb çıxaracaqdı. Adada iki ildir hakimiyyətdə olan ağların "İrəliləyiş" Partiyası ilə yerli əhalini-qaradərili və mulatları təmsil edən "Radikal" Partiya üzbəüz idilər. 3 il öncə 1899-cu ildə qaradərili bir nəfər senator vəzifəsinə qədər gedib çıxmışdı. Təbii ki, ağlar buna ikinci dəfə imkan vermək istəmirdilər. Adada varlı ilə kasıb, ağla qara üz-üzə qalmışdı. Lakin hamısı unutmuşdu ki, üstündə davaya çıxdıqları bu yer çox az zaman içində hamısına məzar olacaq.

Aprel ayında dağ guruldamağa başladı. vulkanın ağzından kül və tüstü insanlara xəbərdarlıq etdi. St.Pierre şəhərinin küçələri küllə örtülməyə başladı. Hər kəs həyəcanlı idi, amma heç kəs vali Mouttet qədər ola bilməzdi. O 7 ay öncə Fransa hökuməti tərəfindən bura təyin olunmuşdu və "Radikal" partiyası seçkilərdə qazansaydı bu onun üçün utanc mənbəyi olacaqdı. Ehtiyacı olan ən son məsələ insanların adanı tərk etməsi olardı. Ona görə insanlara qaçmaqdan söz açmadı. Çünki onsuzda qaradərililər, yox ağdərililər gedəcəkdi. Pul onlarda idi. Bu isə bəri başdan uduzmaq idi.

O adanın ən böyük qəzetlərindən biri olan Les Coloniesi vulkanın təhlükə kəsb etmədiyini və qorxunun qəsdən "Radikal" partiya tərəfindən yaradıldığını yazmaq üçün razı saldı. Qəzet illərdi bütün məsələlərdə iqtidarı dəstəkləmişdi. Redaktor razılaşdı, axı maliyyəni vali təmin edirdi. 3 mayda vulkan şiddətləndi və kül, lava bir dağ kəndini yox elədi.